Türkiyədə 117 yaşlı nənə əsgərlər üçün 115 cüt corab hörüb

Türkiyənin Yalova şəhərinin Çiftlikköy rayonunda yaşayan 117 yaşlı Zeliha Barlas adlı qadın əlləri ilə hördüyü rəngarəng 115 cüt corabı Silahlı Qüvvələrə bağışlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nənənin əl işi ağır şəraitdə xidmət edən Şırnakdakı Kureşin Təpə bazasındakı hərbçilərə təhvil verilib. Həmçinin əsgərlərə Z.Barlasın səmimi məktubu da paylanıb.
Zeliha nənənin məktubunu oxuyan mehmetçiklər corabları geyərək əməliyyat hazırlığına başlayıb. Hərbçilər corabları geydikdən sonra bölgədəki PKK terror təşkilatına qarşı kəşfiyyat, müşahidə və dinləmə fəaliyyətinə keçiblər.
Nazirlik məlumatında Z.Barlasa xüsusi təşəkkürünü bildirib: “Soylu millətimizin qəhrəman övladlarını unutmayaraq bir-birindən gözəl corabları mehmetçiklərimizə bağışlayan, xeyir-duası ilə Türkiyə Silahlı Qüvvələrimizə dəstək olan 117 yaşındakı Zeliha nənəmizə bir daha təşəkkür edir, sağlam və xoşbəxt uzun ömür diləyirik. Zeliha nənəmizin əllərindən öpürük...”
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












