Türkiyədən Azərbaycana gətirilən 1,5 kq qızıl aşkarlanıb - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan Respublikası vətəndaşına məxsus əşyalardan və şəxsi yoxlama zamanı üzərlərindən, ümumi çəkisi 1506,32 qram olan qızıl zərgərlik məmulatları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd olunub ki, bu sahədə qanuni fəaliyyət göstərən şəxslər üçün əlverişli şərait yaradılması məqsədilə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə 5 aprel 2021-ci il 88 saylı qərarı ilə qızıl idxalı ilə əlaqədar gömrük ödənişlərinin məbləği azaldılıb: "Lakin bəzi şəxslər bu fürsətdən yararlanmaq əvəzinə qaçaqmalçılıq yolu ilə qızılın ölkəyə gətirilməsinə cəhdlər göstərir.
Bildiririk ki, həm qanuni sahibkarların, həm də dövlətin mənafeyinə ziyan vuran bu cür hərəkətlərin qarşısı isə gömrük orqanları tərəfindən qətiyyətlə alınacaq".
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA













