“Twitter” Avropada QADAĞAN OLUNA BİLƏR

“Twitter” sosial şəbəkəsi Avropa İttifaqının (Aİ) kontentin moderasiyası qaydalarına əməl etməyəcəyi təqdirdə onun fəaliyyətinə qadağa qoyula bilər.
Bunu daxili bazar məsələləri üzrə avrokomissar Tyerri Breton deyib.
Onun sözlərinə görə, sosial şəbəkə qaydalara əməl etməsə cərimələnəcək: “Yox əgər bu proses davam etsə platformanı Avropada söndürə bilərik. Heç kəsin bunda şübhəsi olmamalıdır. Lazım gəlsə, biz bunu edəcəyik”.
Xatırladaq ki, avrokomissar “Twitter”in sahibi İlon Maskla görüş zamanı dezinformasiyanın aqresiv yürüdülməsindən imtinanın və gələn il platformanın irimiqyaslı müstəqil auditdən keçməsinin zəruriliyini onun diqqətinə çatdırıb. Sosial şəbəkə bunları etməsə Aİ-nin rəqəmsal xidmətlər sferasındakı qanunvericiliyini pozmaq riski ilə üzləşə bilər. (report)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












