Ukraynada raketlərə qarşı xüsusi dayanacaqlar - VİDEO

Ukraynanın Nikolayev şəhərində sığınacaq tipli sərnişin dayanacaqlarının tikintisinə start verilib.
Ukraynada gedən müharibədə son günlər Rusiyanın raket zərbələrinin intensivləşməsi fonunda bu tip sığınacaqların Nikolayevlə yanaşı, Xarkov, Çerniqov, Kiyev və digər şəhərlərdə də inşasına başlanılıb. Buna səbəb şəhərin mərkəzi küçələrinin, əsasən də insanların sıx toplaşdığı yerlərin mütəmadi raket və dron zərbələrinə məruz qalmasıdır.
Mühəndis Yevgeni Mixalenkonun sözlərinə görə, tikililər hər növ ağır artilleriya atəşinə qarşı hesablanıb. Hazırda şəhərdə 10 belə dayanacaq var, saylarının artırılması nəzərdə tutulur.
“Bu sığınacaq tipli dayanacaqlar daha çox yaz aylarında lazım idi. O vaxtdan indiyədək düşmənin intensiv şəkildə atdığı mərmilərdən nə qədər insanımız öldü. Son günlər şəhərə raket zərbələri səngiyib, amma bu sığınacaqlar təhlükəsizlik üçün çox təminatlıdır”, - deyə Nikolayev sakini Oleq Kerşov qeyd edib.
Qeyd edək ki, son vaxtlar Ukraynada daha çox şəhərlərin mərkəzi küçələrinin Rusiyanın artilleriya hücumlarına məruz qalması səbəbi ilə xeyli insan həyatını itirib.
oxu.az
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












