Vəkillərin ümumi sayı 2609 nəfərə çatacaq

2018-ci ildən etibarən vəkilliyə qəbul üzrə ümumilikdə 14 yazılı test imtahanı keçirilib. Bu dövrdə imtahanlarda iştirak edən 6070 namizəddən 1728 nəfəri uğurlu nəticə əldə edərək icbari təlimləri müvəffəqiyyətlə tamamlayıb və vəkil andı içərək Kollegiya üzvlüyünə qəbul olunub.
Avtosfer.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Kollegiyanın Rəyasət Heyətinin aprelin 18-də keçirilən geniştərkibli iclasında və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində çıxış edərkən deyib. O bildirib ki, bugünkü mərasimdə daha 102 namizəd vəkil andı içərək Vəkillər Kollegiyasının üzvü olacaq.
Onun sözlərinə görə, bununla da, ölkəmizdə vəkillərin ümumi sayı 2609 nəfərə çatacaq: “Kollegiyanın üzvlüyünə yeni qəbul olunan vəkillərdən 56 nəfəri kişi, 46 nəfəri isə qadındır. Həmin vəkillərdən 11 nəfəri regionlarda, 91 nəfəri isə Bakı şəhərində fəaliyyət göstərəcək. Beləliklə, ölkədə fəaliyyət göstərən qadın vəkillərin sayı 548 nəfərə yüksələrək ümumi vəkillərin 21%-ni təşkil edəcək”, - deyə A.Bağırov diqqətə çatdırıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












