Vilayət Eyvazov Şuşada polis əməkdaşları və hərbçilərin xidmət şəraiti ilə tanış olub - FOTO

Zəfər Günü ərəfəsində daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, nazir müavini - Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov, Qərargah rəisi, general-mayor Tofiq Hüseynov və Komandanın müavini, general-mayor İnqilab Muradov DİN-in hərbi qulluqçularının işğaldan azad olunmuş ərazilərdəki yerləşmə məntəqələrində olublar.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, nazir V.Eyvazov hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu ilə maraqlanıb, həmçinin maddi-texniki təminatı ilə yaxından tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.
General-polkovnik Vilayət Eyvazov vurğulayıb ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə xidmətin müasir standartlar səviyyəsində təşkilinə dair verdiyi tapşırıqlara uyğun olaraq hərbi qulluqçuların maddi-texniki bazası, kazarma-yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində, eləcə də qabaqcıl texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilmələri üçün ardıcıl tədbirlər həyata keçirilir.
Polis əməkdaşlarının və hərbi qulluqçuların işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini böyük əzm və peşəkarlıqla davam etdirdiyini xüsusi qeyd edən nazir onları Zəfər Günü münasibətilə təbrik edib, xidmətlərində uğurlar arzulayıb.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA














