Xadimə işlədiyi evdən 54 min oğurlayıb bahalı maşın aldı

Bakıda universitet müəlliminin mənzilindən külli miqdarda pul oğurlamış xidmətçi qadına və qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşına hökm oxunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) maddəsi ilə təqsirləndirilən 1981-ci il təvəllüdlü Sonaxanım Məmmədova və 1975-ci il təvəllüdlü Xaliq Məmmədovun hər birinə 6 il müddətinə həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, Sonaxanım Məmmədova Bakı Dövlət Universitetinin müəllimi N.Əhmədovun evində aylıq 400 manata xadimə işləyib. O, özünə olan inam və etibardan sui-istifadə edərək hissə-hissə olmaqla N.Əhmədovun mənzilindən 54 min manata yaxın pul oğurlayıb. S.Məmmədova vəsaitin bir hissəsinə özünə “Nissan Murano” markalı avtomobil alıb, həmçinin qızının cehizinə görə yaranmış kredit borcunu ödəyib.
İttiham aktında qeyd edilib ki, Sonaxanım Xaliq Məmmədovla birgə avtomobili alaraq təmir etməyə 30 min manatdan çox pul veriblər. Həmçinin qadının işlədiyi evdən pul götürdükdən sonra bu barədə “WhatsApp” proqramında ona məlumat verməsi barədə mesajlar aşkar edilib.
Məhkəmədə S.Məmmədova və həyat yoldaşı ittihamı qəbul etməyiblər. S.Məmmədova avtomobili öz vəsaiti hesabına aldığını, N.Əhmədovun həyat yoldaşı tərəfindən şərləndiriyini bildirib. O iddia edib ki, evdəki pul ev sahibinin arvadının tanıdığı şəxs tərəfindən götürülə bilər. Təqsirləndirilən şəxs son vaxtlarda ev sahibinin xanımının onu qəsdən bir neçə dəfə evdən pul götürməyə yönəldərək kameraya düşməsini, guya həmişə pulların onun tərəfindən oğurlanması görüntüsü yaratmağa çalışdığını qeyd edib.
Məhkəmə təqsirləndirilən şəxslərin dediklərini özünümüdafiə fikirləri kimi qəbul edib və ər-arvad haqqında ittihamedici hökm çıxararaq onların hər birinə 6 il həbs cəzası verib.
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı










