Xadiməni aldadıb 3 min almışdı: Üstünə 750 manat qoyub qaytardı

Gədəbəydə qadına qarşı dələduzluq etmiş vəzifəli şəxsə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, iş üzrə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Gədəbəy rayonu üzrə vəzifəli əməkdaşı Məmməd Məlikov (ad və soyadlar şərtidir) təqsirləndirilən şəxs qismində cəlb edilib.
Məlum olub ki, Məmmədin uzaq qohumu Narıngül iş üçün ona müraciət edib. Məmməd onu 3000 manat qarşılığında çalışdığı yerdə xadimə işinə düzəldə biləcəyinə söz verib. O, qadından pulu aldıqdan sonra özü üçün xərcləyib və verdiyi vədə əməl etməyib.
Dələduzluqla üzləşdiyini görən Narıngül polisə müraciət edib və vəzifəli şəxs barəsində cinayət işi açılıb.
Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi üzrə açılmış işin materialları Gədəbəy rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə tərəflər barışdıqlarını bildiriblər. Şikayətçi qadın 3000 manatını artıq geri qaldığını deyib. Məmməd Məlikov əlavə olaraq həmin məbləğin 25 faizini, yəni 750 manatı da qanunvericiliyə uyğun olaraq büdcəyə ödəyib.
Məhkəmə işin hallarını nəzərə alaraq Məmmədin 178.2.3-cü maddə ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO











