“Xaliq Faiqoğlu”nda yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO

“Xaliq Faiqoğlu şirkətində “Təhlükəsiz səfər-hər vəziyyətə hazır sürücü” adlı tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, praktiki məşğələli tədbirdə dövlət qurumlarının nümayəndələri, şirkətin istismar şöbəsinin əməkdaşları və sürücülər iştirak edib.
Bildirilib ki, ictimai nəqliyyatda təhlükəsizlik ən vacib elementdir, hər bir sərnişinin rahat və təhlükəsiz daşınması üçün sürücülərin bilik-bacarıqlarının artırılması, peşəkar vərdişlərə sahib olması mütləqdir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi polis mayoru Toğrul Nəsirli son illərdə paytaxtımızda ictimai nəqliyyatın sürətlə inkişaf etdiyini bildirərək daşınan sərnişin sayının da xeyli artdığını bildirib. O, yollarda təhlükəsizliyin təmin edilməsində avtobus sürücülərinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili-xidmət kapitanı Əlibala Əlizadə isə çıxışında baş vermis yanğın hadisələrinə toxunaraq, sürücülərin yanğın təhlükəsizliyi vərdişlərinə sahib olmasının əhəmiyyətinə toxunub.
“Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov sonra çıxış edərək təhlükəsizlik qaydalarına əməl edilməsinin əhəmiyyətini bir daha xatırladıb. O, dövlət qurumlarına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Tədbir daha sonra praktiki məşğələ və yanğın təhlükəsizliyi avadanlıqlarının nümayişi ilə davam etdirilib.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.



Deputatın oğlunun Dubayda sərvəti üzə çıxdı - FOTO
İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir - VİDEO
Vasif Talıbovun oğlunun Dubaydakı sərvəti: 73 milyonluq malikanə - FOTO
İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - SİYAHI
Pensiyalar təhlükə altındadır? – DSMF-də baş verənlər narahatlıq yaradır
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO
Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı











