Xarici investor Azərbaycanda 1 milyon manata helikopter özəlləşdirib - FOTO

Birləşmiş Ərəb Əmirliklərindən olan investor İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda “Airbus Helicopters EC-135P2” markalı helikopteri ilkin start qiymətinə - 1 milyon manata özəlləşdirib.
Report xəbər verir ki, buraxılış tarixi 2009-cu il olan helikopterin uçuş müddəti 90 saatdır.
Hərracın qalibi "Flatter Wings” şirkətinin təmsilçisi Qleb Borşnev bildirib: "Helikopterin hərraca çıxarılmasını internetlə bildik. O, hazırda nasaz vəziyyətdədir, Dubaya aparıb təmir etdirdikdən sonra yükdaşımalarda istifadə edəcəyik. Şirkətimiz bu sahədə ixtisaslaşıb və parkımızda 39 helikopter var. Biz dünyadakı bütün helikopter hərraclarında iştirak edirik. Azərbaycanda ilk dəfədir hərraca qatılırıq".
Hərracda helikopterlə yanaşı, “Yevlax Tikinti Servis” SC-nin 30,12%-lik səhm paketi və 29 nəqliyyat vasitəsi özəlləşdirilib.
Hərracda nəqliyyat vasitələrinə maraq böyük olub və avtomobillər rəqabətli şəkildə satılıb. İlkin satış qiyməti 7 600 manat olan “BMW 523İ” markalı avtomobilə son təklif 14 200 manat, ilkin satış qiyməti 15 000 manat olan “Toyota HILUX MİNİK” markalı avtomobilə isə son təklif 24 350 manat olub.
Özəlləşdirilən dövlət əmlaklarından dövlət büdcəsinə 1,2 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3EbTPSD)
Növbəti hərraclar 22, 29 və 30 noyabr tarixlərində keçiriləcək. Bu hərraclara ümumilikdə 4 səhmdar cəmiyyətinin səhm paketi, 26 kiçik dövlət müəssisə və obyekti, 61 nəqliyyat vasitəsi çıxarılacaq.
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT


















