Xəzər dənizində növbəti monitorinqlər keçiriləcək

Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə noyabrın 4-də dənizdə növbəti monitorinqlərə başlanılacaq.
Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov "Report"a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Zoologiya və Fiziologiya İnstitutlarının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən 4-16 noyabr tarixlərində Xəzər dənizinin cənub akvatoriyasında yerləşən Cənub-Şərqi Qoltuq, Kürdili və Lənkəran məntəqələrində tədqiqatlar aparılacaq, vizual müşahidələr həyata keçiriləcək.
Monitorinqlər zamanı 19 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos və hava nümunələri götürüləcək, hidrometeoroloji ölçmələr aparılacaq və biomüxtəliflik tədqiq ediləcək.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












