"Xəzərdə suyun səviyyəsi ən aşağı həddə enib" – İran rəsmisi

Xəbərlər 13 Avqust 2026 14:18
"Xəzərdə suyun səviyyəsi ən aşağı həddə enib" – İran rəsmisi
WhatsApp kanalımıza abunə olun

Ötən 200 ildə Xəzər dənizinin suyu ən aşağı səviyyəyə düşüb.

Avtosfer.az xəbər verir ki, İranın Mazandaran vilayəti Ətraf Mühitin Mühafizəsi İdarəsinin məlumatına görə, bunu idarənin baş direktoru Məhəmməd Rza Kənani deyib.

“Son illərdə iqlim dəyişilikləri Xəzər dənizinin vəziyyətinə hiss olunacaq dərəcədə təsir göstərib. Son iki onillikdə Xəzər dənizinn suyunun temperaturu təxminən 1,5 dərəcə artıb. Bu məsələ buxarlanmanın səviyyəsini 10-15% arasında artırıb”, - deyə o bildirib.

İdarə rəsmisi əlavə edib ki, Xəzər dənizinin suyunun 25%-i yağıntılar, 75%-i isə çaylar vasitəsilə təmin olunur. Eyni zamanda Volqa çayı Xəzər dənizinə su daxilolmasında ən önəmli çay hesab olunur. Belə ki, bu dənizə daxil olan suyun 80%-i təklikdə təmin edir.

Kənani qeyd edib ki, dənizə daxil olan su ilə yanaşı buxarlanma Xəzər dənizinin su səviyyəsində effektiv göstəricilərdən biridir və hava temperaturunun yüksəlməsi və buxarlanma Xəzər dənizinin su səviyyəsinə mənfi təsir göstərir.

Kənani deyib ki, mövcud proseslərə əsasən Xəzər dənizinin su səviyyəsi ildə təxminən 10-20 santimetr azalır. Bu prosesin davam etməsi təkcə ətraf mühit məsələsi deyil, üstəlik sahilyanı əhalinin məişətinə, sahilyanı obyekt və infrastrukturlara, həmçinin Xəzərə bağlı ekosistemə, o cümlədən sahilyanı sulaqlara mənfi təsir göstərə bilər.

Kənani sonda qeyd edib ki, Xəzər dənizində su səviyyəsi ilə bağlı dəyişiliklər çoxcəhətli məsələ olaraq diqqət mərkəzində qalmalıdır. Çünki su səviyyəsinin azalması prosesinin davam etməsi ətraf mühitə, iqtisadiyyata və sahilyanı fəaliyyətlərə genişmiqyaslı mənfi təsir göstərə bilər.

Əlavə edək ki, Xəzər dənizinin uzunluğu təxminən 1,2 min km, maksimal eni 466 km, minimum eni isə 204 km-dir. Dənizin sahil xəttinin uzunluğu təxminən 6,38 min km-dir. Dənizin ətrafında 5 sahilyanı ölkə - Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və Rusiya yerləşir./Trend

Oxunub : 96
ŞƏRH YAZ
Ad

E-mail

Şərh