Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı

Lənkəran şəhəri ərazisindən tullantı sularının Xəzər dənizinə axıdılması ilə bağlı daxil olmuş şikayət 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər, Xəzər Kompleks Ekoloji Monitorinq idarələrinin və Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Avtosfer.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.
Onun sözlərinə görə, aparılan araşdırma və monitorinq zamanı müəyyən olunub ki, Lənkəran şəhərində formalaşan tullantı sularının təmizlənməsi üçün nəzərdə tutulan təmizləyici qurğunun istismara yararsız vəziyyətdə olması səbəbindən Lənkəran şəhərində formalaşan tullantı suları müxtəlif axarlar vasitəsi ilə Xəzər dənizinə axıdılır:
“Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən analiz aparılması üçün dənizə tökülən axarlardan nümunələr götürülüb. Analizin nəticələrinə görə su nümunələrində zərərli maddələrin miqdarının yol verilən həddən artıq olduğu məlum olub.
Faktla bağlı akt və protokol tərtib edilərək Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquqi şəxs qismində 12500 manat məbləğində cərimələnməsi üçün toplanmış materiallar Lənkəran Rayon Məhkəməsinə göndərilib. Eyni zamanda, nöqsanların aradan qaldırılması üçün Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə xəbərdarlıq məktubu ünvanlanıb”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












