Xəzərin suyunun çəkilməsi ilə bağlı PROBLEM - Gəmilərə yük 30 faiz az yüklənir

2003-cü ildən bu günə qədər Xəzər dənizində suyun səviyyəsi 2.7 metr azalıb.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev BAKU.WS-in sorğusuna cavab olaraq deyib.
Onun sözlərinə görə, Xəzər dənizində suyun səviyyəsinin azalma tempi 2006-2009-cu illər ərzində ildə təxminən 10 sm, 2009-cu ildən etibarən isə ildə təxminən 20 sm təşkil edib. Ümumilikdə, 2003-cü il ilə müqayisədə dəniz suyunun səviyyəsində 2.7 metr azalma müşahidə edilir.
QSC rəsmisi deyir ki, Xəzər dənizində suyun səviyyəsinin azalması nəticəsində limanlarda dərinlik azalıb ki, bu da gəmilərin tam yüklənməsinə imkan vermir. Nəticədə nəqliyyat vasitələrinə yüklər əvvəlkindən 2 dəfəyə yaxın az yüklənir.
"Belə ki, daşınan yükün növü və daşıma istiqamətindən asılı olaraq, bərə gəmiləri təxminən 40%-ə qədər, tankerlər təxminən 45%-ə qədər, quru yük gəmiləri isə təxminən 30%-ə qədər az yüklənirlər. Bununla əlaqədar, limanlarda mütəmadi olaraq dibdərinləşdirmə işlərinin aparılmasına ehtiyac vardır".
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












