XİN-dən Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA

Hazırda BƏƏ hava məkanının yenidən bağlı olduğu nəzərə alınaraq Yaxın Şərqdə Azərbaycan vətəndaşlarının ölkəmizə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır.
Avtosfer.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Körfəz ölkələrindəki diplomatik missiyalarımıza verilmiş tapşırıq əsasında təxliyə üçün vətəndaşlarımızın siyahıya alınması həyata keçirilib. Belə ki, ilkin siyahıyaalma nəticələrinə əsasən 5 ölkədə təxminən 1000 Azərbaycan Respublikası vətəndaşı təxliyə üçün müraciət edib. (Birləşmiş Ərəb Əmirlikləri: 490 nəfər, Səudiyyə Ərəbistanı: 220 nəfər, Qətər Dövləti: 200 nəfər, Bəhreyn Krallığı: 23 nəfər, Küveyt Dövləti: 26 nəfər).
Azərbaycan Respublikası vətəndaşları üçün əsas turizm istiqamətlərindən biri olan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) və xüsusilə də Dubay şəhərində ölkəmizin Baş konsulluğunun "FlyDubai" aviaşirkəti ilə apardığı danışıqlar nəticəsində Dubay-Bakı istiqamətində uçuşlar BƏƏ hava məkanı məhdud açıldıqdan sonra həyata keçirilməyə başlanmışdır. Qeyd olunan istiqamət üzrə 3-5 mart tarixlərində həyata keçirilmiş uçuşlarla 755 nəfər Azərbaycan vətəndaşı ölkəyə geri qayıdıb.
Təxliyəyə ehtiyac duyulan ikinci əsas istiqamət olan Səudiyyə Ərəbistanı üzrə 4 mart 2026-cı il tarixində Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi ilə Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı (bundan əlavə, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı) (ümumi 207 nəfər) ölkəmizə təxliyə olunub. Bundan əlavə, Qətər Dövləti, Bəhreyn Sultanlığı və Səudiyyə Ərəbistanında qeydiyyata düşmüş vətəndaşlarımızın diplomatik missiyalarımızın təşkil etdiyi müvafiq avtobuslarla Ciddəyə nəqli həyata keçirilib və AZAL-a məxsus Ciddə-Bakı reysi ilə 7 mart 2026-cı il tarixində təxliyə olunaraq, 203 nəfər (2 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı, 1 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı daxil olmaqla) ölkəmizə geri qayıdıb.
İran İslam Respublikasında olan vətəndaşlarımızın maneəsiz şəkildə ölkəmizə quru yolu ilə keçə bilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul etmiş və aidiyyəti dövlət qurumlarına göstəriş verilmişdir. İndiyə qədər 300 nəfər Azərbaycan Respublikası vətəndaşı İrandan quru yolla Azərbaycana gəlib.
Regiondakı vəziyyət tərəfimizdən diqqətlə izlənməkdədir və vətəndaşlarımızın təxliyəsi üçün lazimi tədbirlər görülməkdədir.
Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
Azərbaycanla bu ölkə sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq
Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırılıb - RƏSMİ
Bir milyardlıq maliyyə pozuntusu iddiası: Saleh Məmmədovla bağlı ciddi ittihamlar
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB










