Xınalıqda 1 metrə yaxın qar yağıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 16-sı saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Xidmətdən Avtosfer.az-a bildirilib ki, ölkənin əksər rayonlarında leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü yağış müşahidə olunur.
Dağlıq ərazilərdə qar yağır.
Düşən yağıntının miqdarında artım qeydə alınıb. Belə ki, düşən yağıntının miqdarı Xaltanda 98 mm (aylıq normanın 145%-i), Qubada 65 mm (aylıq normanın 136%-i), Xaçmazda 64 mm (aylıq normanın 212%-i), Sabirabadda 44 mm (aylıq normanın 137%-i), Mingəçevirdə 52 mm (aylıq normanın 101%-i), İsmayıllıda 44 mm (aylıq normanın 43%-i), Şəkidə 29 mm (aylıq normanın 136%-i), Göyçayda 31 mm (aylıq normanın 63%-i), Ağstafada 29 mm (aylıq normanın 77 %-i), Gəncədə 26 mm (aylıq normanın 84%-i), Neftçalada 23 mm (aylıq normanın 70%-i), Ağdamda 16 mm (aylıq normanın 33%-i), Daşkəsəndə 15 mm (aylıq normanın 22%-i), Bakıda və Abşeron yarımadasında 57 mm (aylıq normanın 247%-i) təşkil edib.
Qarın hündürlüyü Xınalıqda 71 sm, Ləzədə (Qusar) 50 sm, Qrızda 40 sm olub.
Ölkə ərazisində müşahidə olunan leysan xarakterli intensiv və güclü yağıntılar nəticəsində Şabrançay, Dəvəçiçay, Ağçay, Qaraçay, Qusarçay, Vəlvələçay, Gilgilçay, Pirsaatçay, Ataçay, Ağsuçay, Qabırrıçay, Dəmiraparançay, Qudiyalçay, Girdimançay və Göyçaydan sel keçib.
Avtomat hidroloji stansiyaların məlumatına əsasən ötən sutka ilə müqayisədə əksər çaylarda sululuq artıb. Ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda baş verib. Belə ki, Böyük Qafqaz ərazisindən axan Vəlvələçayda 49 sm, Qarasuçayda 29 sm, Əyriçayda 27 sm, Qudiyalçayda 25 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 22 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Köndələnçayda 18 sm, Bəsitçayda 11 sm artım qeydə alınıb.
Kür Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi səhər saatları ilə müqayisədə 17 sm artıb, su sərfi 825 m³/san qeydə alınıb ki, bu da aylıq normanın 111%-ni təşkil edir.
Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO










