Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB

Abşeron rayonunda 39 yaşlı gəlin qayınanasına xəsarət yetirib.
Avtosfer.az Demokrat.az-a istinadla xəbər verir ki, hadisə Xırdalan şəhəri, Zərdabi küçəsində baş verib. Biləsuvar rayon sakini, 1987-ci il təvəllüdlü Ülviyyə qayınanası Zəhranın onunla birgə yaşamaq istəməməsi barədə bildirdiyi fikirlərə etiraz etdikdə, onunla mübahisə edib.
Onlar arasında həmin səbəbdən ailə-məişət münasibətləri zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verərkən 39 yaşlı gəlin əsəbiləşib və qayınanasının üzərinə hücum edib, əl və yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vurub.
Ülviyyənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Ülviyyə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Fazillə 2008-ci ildən qeyri-rəsmi, 2026-cı ilin may ayından isə rəsmi olaraq ər-arvad münasibətində yaşayır:
“Birgə münasibətdən bir övladımız var. Fazil məndən əvvəl ailəli olub və həyat yoldaşı 2025-ci ildə vəfat edib. Həmin evlilikdən də onun iki övladı var və bizimlə birlikdə yaşayır. Qayınanam Zəhra ilə ailədaxili aramızda sözlə mübahisələrimiz olur. Buna səbəb həmin evdə yaşamağımı qayınanamın istəməməsidir”.
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, saat 12 radələrində yaşadıqları evdə olarkən yenə də qayınanası Zəhra ilə aralarında onun həmin evdə birlikdə yaşamağına narazılıq etdiyi üçün sözlə mübahisələri baş verib:
“Mübahisə zamanı əsəbiləşərək Zəhranın üzərinə gedərək əl və yumruq zərbələri ilə sifətindən, qolundan və bədəninin müxtəlif nahiyələrindən vurdum. Həmin vaxt evdə olan qayınatam bizi sakitləşdirdi və münaqişələrimiz başa çatdı”.
Məhkəmə araşdırması zamanı məlum olub ki, onların arasında barışıq olub. Zərərçəkmiş qayınana ona xəsarət yetirən gəlini bağışlayıb, ona qarşı şikayət və tələbi olmadığını deyib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












