XİN-lər arasında siyasi məsləhətləşmələr aparıldı

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın xarici işlər nazirinin müavini Mohamad Alamin ilə görüşüb.
XİN-dən Avtosfer.az-a verilən məlumata görə, görüş zamanı, Azərbaycan və Malayziya arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi və alternativ enerji, təhsil, turizm sahələri üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.
Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün perspektivlərin mövcudluğu qeyd olunub, bu istiqamətdə qarşılıqlı təmaslar və siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətinə toxunulub.
Azərbaycan-ASEAN münasibətlərinin təşviqi yollarının müzakirə olunduğu görüşdə, həmçinin digər beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarından bəhs edilib.
Ölkəmizin D-8-ə üzvlüyə qəbul olunmasının vacibliyi vurğulanıb və alqışlanıb.
2026-cı ildə Azərbaycanın İƏT-ə sədrliyi çərçivəsində Bakıda İƏT-in Zirvə görüşünə ev sahibliyi edəcəyi məmnunluqla qeyd edilib və bu proses çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qarşı tərəf, o cümlədən ölkəmizi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu sədrlik və ev sahibliyi münasibətilə, əldə edilmiş nailiyyətlərlə əlaqədar təbrik edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Malayziya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Malayziya tərəfindən isə xarici işlər nazirinin müavini Mohamad Alamin rəhbərlik edib.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











