“Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Handysize” tipli “Xocalı” gəmisi istismar müddətində ilk dəfə Hind okeanına daxil olub.
Avtosfer.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, martda ABŞ-nin Portland limanından 37 000 ton kalsiumlu soda yükləyən gəmi Sakit okeanla hərəkət edərək İndoneziyanın Cakarta limanına çatıb. Burada yükün bir hissəsi boşaldıldıqdan sonra “Xocalı” İndoneziya və Malayziya arasındakı Malakka boğazını keçərək Hind okeanına yönəlib. Hazırda Hindistan istiqamətində hərəkət edən gəmi marşrut çərçivəsində ilk olaraq Kattupalli limanında, daha sonra Kandla limanında yükboşaltma əməliyyatını yerinə yetirəcək.
Bu gəmi ASCO-nun Xəzərdənkənar sularda yükdaşıma potensialının artırılması, fəaliyyət coğrafiyasının genişləndirilməsi məqsədilə ötən ilin mayında istismara verilib. Onun dedveyti 38 593 ton təşkil edir. Gəminin uzunluğu 180 metr, eni 30 metr, suya oturumu isə 10,47 metrdir. Maksimum sürəti 15,7 uzel olan gəmi məhdudiyyətsiz üzmə imkanlarına malikdir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












