Xocalı soyqırımını törədənlərdən beş nəfəri Azərbaycanda cəzasını alıb

Xocalı soyqırımının törədilməsində iştirak edən şəxslərdən beşi artıq cəzasını alıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, fevralın 5-də Bakı Hərbi Məhkəməsi Azərbaycana qarşı bir sıra cinayətlərin, o cümlədən müharibə qaydalarının aparılması, insanlıq əleyhinə cinayət, terrorçuluq və digər əməllərdə təqsirləndirilən Ermənistanın 15 vətəndaşını müxtəlif cəzalara məhkum edib.
Onların arasında beş nəfərin ittihamında soyqırımı maddəsi də var.
Belə ki, məhkəmənin qərarı ilə məhkum edilən Arkadi Qukasyan, Bako Saakyan, Madat Babayan, Davit İşxanyan, Arayik Arutyunyana qarşı irəli sürülmüş ittihamlar arasında Xocalı soyqırımı da var.
Madat Babayan məhkəmədə Xocalı soyqırımında iştirak etdiyini etiraf da edib. O dindirilərkən 1992-ci il fevralın 25-də və 26-da Xocalıda olduğunu təsdiqləyib və deyib:
"Bizi oraya dəstə rəhbərimiz aparmışdı. Adı Henrik Tamrazyan idi. Məqsəd o idi ki, azərbaycanlılar Xocalıdan çıxarılsın".
O, Xocalıda bütün əmrləri "Xolostoy" ləqəbli Arkadi Şirinyan və Vanik Petrosyanın verdiyini qeyd edərək bildirib:
"Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib. Vanik və Arkadi insanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər".
M.Babayan Xocalıya silahlarla gəldiklərini, zirehli texnikalardan istifadə edildiyini təsdiqləyib. Təqsirləndirilən şəxs silahsız insanların qətlində iştirakını etiraf edib və deyib: "Səhv etmişik".
O, Xocalıda aralarında uşaqların, qocaların və qadınların da olduğu təxminən 150 meyit gördüyünü, meyitlərin erməni hərbçiləri tərəfindən maşınlara yığılaraq aparıldığını bildirib.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Arayik Arutyunyan, Davit İşxanyan ömürlük, digərləri isə yaşları 65-i keçdiyi üçün 20 il müddətə azadlıqdan məhrum edilib.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












