Yağış və tullantı sularının idarə olunması ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) əsas hədəfi, başda Bakı şəhəri olmaqla, urbanizasiya olunmuş ərazilərin su təhlükəsizliyini təmin etməkdir.
Avtosfer.az xəbər verir ki, bu fikri ADSEA-nın “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin Hidroloji tədqiqatlar şöbəsinin müdiri Rəşail İsmayılov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Su ilə ağıllı şəhərlər: Potensialın inkişafı vasitəsilə şəhər davamlılığının gücləndirilməsi” adlı tədbirdə çıxışı zamanı səsləndirib.
O bildirib ki, şəhərlərdə yağış və tullantı sularının idarə olunması bu gün əsas problemlərdən biridir. Şəhərləşmənin sürətlənməsi nəticəsində drenaj sahələri azalır, sərt örtüklü ərazilər genişlənir. Bu isə yağış sularının torpağa hopmasının qarşısını alır və səth axınlarını artıraraq ciddi sel və daşqın riskləri yaradır.
Rəşail İsmayılov qeyd edib ki, urbanizasiya ekosistemə də mənfi təsir göstərir. Şəhərlərin genişlənməsi və bəzi ərazilərdə qeyri-rəsmi yaşayış məntəqələrinin yaranması ətraf mühitin çirklənməsinə səbəb olur ki, bu da şəhər ərazilərində ekoloji vəziyyətə mənfi təsir edir.
Onun sözlərinə görə, Azərbaycanın bu sahədə mühüm nailiyyətlərindən biri su sektorunda həyata keçirilən institusional islahatlardır. “2023-cü ilə qədər ölkədə su sektoru üzrə müxtəlif qurumlar fəaliyyət göstərirdi və bu, idarəetmədə müəyyən çətinliklər yaradırdı. Prezident İlham Əliyevin qərarı ilə yeni dövlət su agentliyi yaradıldı və əsas məqsəd bütün su sektorunu vahid çətir altında birləşdirmək oldu”, – deyə şöbə müdiri bildirib.
O, həmçinin vurğulayıb ki, Bakıda həyata keçirilən göllərin bərpası layihələri də mühüm təcrübələrdən biridir. Hazırda iri göllərin reabilitasiyası üzrə bir neçə böyük layihə icra olunur. Bunlardan biri Böyükşor gölünün bərpası layihəsidir. Digər layihələr çərçivəsində isə üç böyük gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində iş aparılır.
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı












