Yağışdan sonra sürüşmə zonaları aktivləşib - RƏSMİ

Son günlər yağan intensiv yağıntılar nəticəsində ölkə ərazisində mövcud sürüşmə sahələrində müəyyən dəyişikliklər qeydə alınıb.
Avtoser.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib.
Onun sözlərinə görə, Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır: “Ölkə ərazisində, əsasən Abşeron yarımadası ərazisində yerləşən sürüşmə sahələrində monitorinqlər aparılıb. İlkin nəticələrə əsasən, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə görülməsi vacib olan qabaqlayıcı tədbirlərin hazırlanmasına başlanılıb. Monitorinqlər zamanı Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazilərində sürüşmə proseslərində aktivlik qeydə alınıb
Badamdar sürüşmə sahəsində lokal xarakterli çökmə və yuyulma halları müşahidə olunub. Lakin bu proseslər intensiv deyil, zəif aktivlik səviyyəsində qiymətləndirilir. Hazırda FHN tərəfindən ərazidə müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir. Eyni zamanda qəsəbənin mərkəzi yolunun sağ və sol hissələrində bəzi lokal sahələrdə sürüşmə elementləri, çökmə və uçma halları da aşkarlanıb. Monitorinqlər davam etdirilir və ilkin məlumatlar əsasında icrası zəruri olan qabaqlayıcı tədbirlərin əsas istiqamətləri müəyyənləşdirilərək müvafiq qurumlara təqdim olunur”.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












