Yasamalda ağacların kəsilməsi iddiası ilə bağlı rəsmi AÇIQLAMA

Yasamal rayonunda yerləşən köhnə ağaclıq ərazi abadlaşdırılır, daha bir park salınır.
Bu barədə Avtosfer.az-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.
"Bir müddət əvvəl sosial şəbəkə hesablarında Yasamal rayonunda yerləşən ağaclıq ərazi ilə bağlı yayılan məlumatlara dair bildirmək istərdik ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən sözügedən 5 hektarlıq ərazidə 161 ədəd qurumuş və qəzalı vəziyyətdə olan ağaca rəy verilib.
Parkın layihəsi və yaşıllıqların mühafizəsinə dair Dövlət Ekoloji Ekspertiza Agentliyində dövlət qurumlarının əməkdaşlarının, müstəqil ekoloqların, QHT və KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmə də keçirilib. Ərazidən götürüləcək 161 quru ağacın yerində Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyi tərəfindən iqlimə xas 300-ə yaxın müvafiq cinsli tinglərin əkilməsi prosesinə başlanılacaq. Hazırda isə birliyin əməkdaşları tərəfindən müvafiq qurum tərəfindən verilmiş rəylərə uyğun olaraq qurumuş ağacların götürülməsi prosesi həyata keçirilir", – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, təsdiq olunmuş layihəyə əsasən sözügedən ərazidə abadlaşdırma işləri aparılacaq və burada velosiped yolları, uşaq oyun meydançaları və s. nəzərdə tutulan park qurulacaq. Heç bir tikinti faəliyyətindən söhbət gedə bilməz.
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI
Baş nazir qərar İMZALADI: Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - VİDEO
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Ada Süleymanın həlak olduğu avtomobilin son halı - VİDEO
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO
Deputatın oğlunun Dubayda sərvəti üzə çıxdı - FOTO
İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq











