Yeni şəxsiyyət vəsiqəsi bu hallarda alınacaq

"Bu, əhalini maraqlandıran məsələ olduğu üçün fikirimi bildirmək istərdim. Yeni nəsil şəxsiyyət vəsiqələrindən fərqli olaraq burada yaşayış yeri və verilmə tarixi göstərilməlidir. Bu, indiki şəxsiyyət vəsiqələrində yoxdur. Bir də beynəlxalq aviasiya təşkilatının tələbinə uyğun olaraq fotoşəkil məsələsi qoyululub".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
"Dəqiqləşdirmə aparmaq istərdim. Şəxsiyyət vəsiqələri hansısa müddətə dəyişdirilməlidir? Bu həm də böyük maliyyə vəsaiti deməkdir", -deyə deputat bildirib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli cavab olaraq qeyd edib ki, narahatlıq üçün heç bir əsas yoxdur:
"Vaxtı bitən, qanunvericiliklə nəzərdə tutulmuş hallarda, yaşla və ya dəyişdirilməsi tələb olunan hallarda şəxsiyyət vəsiqəsini yeniləmək lazımdırsa, həmin dövrdə yeni şəxsiyyət vəsiqəsinin tələbləri olacaq. Mövcud şəxsiyyət vəsiqələri qüvvədədir, işləyir və heç kim üçün əlavə ödəniş mövcud deyil".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












