Yollarda görüntünü məhdudlaşdıran bitkiləri hansı qurum əkib? - Ekspert açıqladı
Xəbərlər
18 Noyabr 2022 23:40

Azərbaycanlı aktyor, əməkdar artist Bəhram Bağırzadə paytaxtın 8 Noyabr prospektində yaranmış təhlükəli vəziyyətlə bağlı DYP-yə müraciət edib.
Ucnoqta.az xəbər verir ki,əməkdar artist bu ərazidə avtomobillə dönmənin təhlükəli olduğunu qeyd edir:
"Dönən zaman orada əkilən bitkilər qarşıdan gələn zolaqda hərəkət edən nəqliyyat vasitələrinin görünməsini çətinləşdirir. Bu da öz növbəsində təhlükə yaradır", - B.Bağırzadə yazıb.
Bəs yol kənarlarında ağaclar hansı qaydada əkilməlidir ki, belə problemlər yaranmasın və buna hansı qurum nəzarət etməlidir? Bu sualla bağlı nəqliyyat eksperti Elməddin Muradlıya müraciət etdik.
Nəqliyyat eksperti Ucnoqta.az-a bildirdi ki, şəhərdə bir çox yerlərdə belə konfliktli nöqtələr var:
“Bu nöqtələrin də olması yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərə problem yaradır. Hətta qəzalar da baş verir. Aidiyyatı qurumlar xüsusən Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələlərlə məşğul olmalıdır. Bakı Nəqliyyat Agentliyi (BNA) və DYP onlara 130 nöqtədə bu cür problemlə bağlı müraciət etsə də bu məsələ həllini tapmayıb. Nəticədə belə problemlər yaranır, qəzalar baş verir."
Ekspert onu da qeyd etdi ki, əgər bu səbəbdən qəzalar baş verərsə, qarşı tərəf aidiyyatı qurumu məhkəməyə müraciət edib təzminat tələb edə bilər. Yaşıllıq salınarkən BNA və DYP ilə razılaşdırılmalıdır.
Oxunub : 1630
DİGƏR XƏBƏRLƏR
26 Sentyabr 2026 19:52
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
26 Sentyabr 2026 18:12
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
26 Sentyabr 2026 16:19
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
26 Sentyabr 2026 14:47
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
25 Sentyabr 2026 20:33
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
24 Sentyabr 2026 23:02
Duman yollarda görünüşü məhdudlaşdıracaq
24 Sentyabr 2026 21:43
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
24 Sentyabr 2026 20:20
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
24 Sentyabr 2026 18:24
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
24 Sentyabr 2026 12:53
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
22 Sentyabr 2026 20:58
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
22 Sentyabr 2026 19:37
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
ŞƏRH YAZ












