Zülmətə qərq olan yol: Bu yolda ciddi təhlükə var! - VİDEO

4 il bundan öncə istifadəyə verilən Ələt-Astara magistral yolundan sürücülər rahat istifadə edə bilmirlər. Səbəb isə yolda işıqlandırma sisteminin pis olmasıdır. Daha dəqiqi desək bu yolun cənub hissəsindən keçən hissəsində yol boyu bir dənədə olsun işıq yoxdur..
Ələt-Astara magistralının cənub istiqamətində hərəkətdə olan sürcülər yol boyu işıqlanmanın olmamasından şikayətçdirlər. Sürücülər bildirir ki, gecə yola çıxan zaman adı çəkilən yolun qaranlıq olmasına görə yolda olan mal-qara və vəhşi heyvanları vurmaq məcburiyyətində qalırlar. Bu da onların həm həyatlarını təhlükəyə atır, eləcə də maddi ziyana gətirib çıxara bilir.
Avtomobil yolu 2018 - ci ildə istifadəyə verilib və hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub. Sürücülər də bu yolun əvvəlki yola nisbətən qısa və keyfiyyətli olduğundan razıdılar. Ancaq magistralın salınması zamanı, nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yolda işıqlandırılma sistemi nəzərə alınmayıb. Bu da sürücülər üçün gecə saatlarında yolda bir sıra problemlərlə üz üzə qoyur.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məsələyə münasibət bildirib. Qeyd edib ki, ümumilikdə magistral yol boyunca xüsusi işıq qaytarma effektinə malik yol nişanlarından, yol elementlərindən istifadə olunub ki, bu da tam olaraq Beynəlxalq yol standartlarına uyğundur və orda hər hansı bir əlavə işıqlandırılma sistemi quraşdırılması nəzərdə tutulmur.
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO











