3 manat pul qazanmağa çıxan sürücü 100 manatlıq qayda pozdu - VİDEO

Bakıda qaydaları pozan taksi sürücüsünün videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, 10-TX-865 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü paytaxtın Rəşid Məmmədov küçəsində sıxlıqda qalmamaq üçün qaydaları kobud şəkildə pozub. Belə ki, bütöv xəttin əks tərəfinə keçən sürücü axına qarşı hərəkət edərək qabağa düşmək istəyib. Lakin qarşıdan gələn avtomobillərlə toqquşacağını görərkən öz zolağına qayıtmağa məcbur olub.
Sürücünün etdiyi hərəkətdən geriyə qalan yalnız təhlükə olub. Bəzən düşünürlər ki, qaydaları pozan zaman müəyyən qədər vaxt qazanmış olurlar. Lakin araşdırmalar onu göstərir ki, bu cür qayda pozmaqla qabağa düşmək istəyən sürücü, əslində heç 1 dəqiqə də belə vaxt qazanmır. Bir çox hallarda polis əməkdaşları saxlayaraq vaxtını alır, bəzən isə qəzaya düşərək ya maşınından olur, ya da həyatından...
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












