Avtomobili bu cür yığdıranları yol polisi cərimə edə bilər? - İZAH

Atomobildə müəyyən dəyişiklik edən sürücülər son zamanlar yol polisləri tərəfindən cərimələnirlər. Bu barədə bir neçə sürücü redaksiyamıza şikayət ünvanlayıb.
Sürücülərdən biri idarə etdiyi əvvəlki model "Toyota Land Cruiser" avtomobilindəki hissələri ən son model, yəni restayling olunmuş fara, kapot və bamperlərlə əvəz edib. Bu dəyişikliyə görə yol polisi tərəfindən saxlanılan sürücüyə bildirilib ki, edilən dəyişikliklər qeydiyyat şəhadətnaməsinə yazılmalıdır.
Bu cür dəyişikliklər qeydiyyat şəhadətnaməsinə yazılmalıdırmı?
Qanun bununla bağlı nə deyir?
Avtosfer.az xəbər verir ki, eyni marka və modeldən olan avtomobilin restayling olunmuş fara, bufer, kapot detallarını əvvəlki modelə quraşdırılması heç bir hüquq pozuntusu yaratmır. Həmin hissələr eyni ölçüdə olduğu üçün rahat şəkildə əvvəlki modelə quraşdırmaq olur. Bu hissələrin hər hansı bir reyster nömrəsi olmadığı üçün, edilən dəyişiklik qeydiyyat şəhadətnaməsinə qeyd olunmamalıdır. Bunun tələb olunması özü bir hüquq pozuntusudur. Qeydiyyat şəhadətnaməsinə o zaman qeydlər aparılır ki, Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətində olan məlumatlar (avtomobilin rəngi, mühərrikin, banın, şassinin nömrələri, mühərrikin yanacaq növü, mühərrikin həcmi, avtomobilin tipi, kütləsi) dəyişdirilsin.
Avtomobilə edilən hər dəyişikliyin qeydiyyat şəhadətnaməsinə yazılması yolverilməzdir.
Odur ki, qeyd etdiyimiz dəyişikliyi edən sürücülər avtomobili təkrar qeydiyyata qoymadan rahat şəkildə idarə edə bilərlər.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












