"Vorovski" dairəsində baş verən qəzada günahkar kimdir? - İDDİALARA CAVAB - VİDEO

Paytaxtın Azadlıq prospektində baş verən qəzanın günahkarı məlum olub. Avtosfer.az-la əlaqə saxlayan Zahid Abbasov adlı şəxs bütün bu ittihamlara cavab olaraq bildirib ki, hadisə mayın 5-də baş verib.
"Həmin vaxt sükan arxasında Həmidov Vüsal Atamoğlan oğlu deyil, mən olmuşam. Qəzanın baş vermə səbəbi 90-ZY-846 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsünün qaydaları pozması olub və hadisə 2 avtomobilin iştirakı ilə baş verib. Hadisə yerinə gələn Dövlət Yol Polisi əməkdaşları da günahın "Mercedes" markalı avtomobilin sürücüsündə olduğunu bildirib".
23:40 / 08.05.2021
Binəqədi rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, 99-RP-999 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Həmidov Vüsal Atamoğlan oğlu, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində toplanılmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib. Mayın 5-də məhkəmənin qərarı ilə sürücü Vüsal Həmidov 15 gün müddətinə inzibati qaydada həbs edilib və eyni zamanda onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Lakin sürücü məhkəmənin qərarı ilə razılaşmadığına görə 3 gün sonra Apellyasiya Məhkəməsinə şikayət verib. Sürücü etdiyi şikayət əsasında Binəqədi rayon Məhkəməsinin qərarının ləğv edilməsinə və azadlığa çıxmasına nail ola bilib.
Avtosfer.az-a verilən məlumata görə sürücü Azadlığa çıxan gün (mayın 7-i) idarə etdiyi 99-RP-999 qeydiyyat nişanlı avtomobillə paytaxtın Azadlıq prospektində (qoşa yanacaqdoldurma məntəqəsinin yanında) yol hərəkəti qaydalarını pozaraq ağır yol nəqliyyat hadisəsi törədib. Hadisə nəticəsində həm öz avtomobilinə, həm də digər atomobillərə ciddi ziyan dəyib.
Təbriz
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
















