Avtoyuma məntəqəsinə açar verən sürücünü nələr gözləyir? – Qanun bunları deyir - VİDEO

Son zamanlar avtoyuma məntəqələrində sürücülərin maşının açarını avtoyuyucuya etibar etməsi problemlərə gətirib çıxarır. Bəzən avtoyuma işçiləri avtomobili oğurlayır, qəza törədir, içkili vəziyyətdə sükan arxasına oturur və bəzi hallarda sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməyə çalışırlar.
Bəs sürücülər nə etməlidirlər?
Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, sürücülər avtomobilin açarını etibar etmədikləri avtoyuma məntəqələrinə verməməlidirlər. Onun sözlərinə görə, sürücü açarları rəhbər şəxsə təhvil verməli, avtomobil yuyulduqdan sonra ondan da təhvil almalıdır. “Sürücü məhəllə aralarında, yol kənarlarında yerləşən avtoyuma məntəqələrində işləyən, kimliyi məlum olmayan şəxslərə açar etibar edirsə, bunun ağır fəsadlarına da hazır olmalıdır. Birmənalı şəkildə açar vermək lazım deyil”.
Ekspert bəzi sürücülərin tələblərindən və tələbə uyğunlaşan avtoyuyucuların hərəkətlərindən də danışdı. Elməddin Muradlı qeyd etdi ki, bəzi sürücülər avtomobil yuyulduqdan sonra üzərində su ləkələrinin qalmasından narahat olurlar. Bunu avtoyuma məntəqəsinin işçilərinə tapşıranda isə həmin şəxslər ara yollarda avtomobili sürətlə sürərək su damcılarından qurtulmağa çalışırlar. “Avtoyuma məntəqəsinin işçiləri, sürücülük vəsiqəsi və ya etibarnamə oldu-olmadı sükan arxasına keçir. Üstəlik, bir neçə dəfə onların içkili olduqlarının da şahidi olmuşuq. Belə hallarda avtomobil duracağa qoyulur. Bunlar məsələnin yaxşı tərəfidir, pis olanları, yəni qəza törədənlər də çoxluq təşkil edir. Odur ki, maşını yuyucuya verəndə açarı özlərində saxlasalar yaxşı olar. Yuma prosesi bitəndə zəng edib sürücünü çağırsınlar, ya da oturub yanlarında gözləmək yaxşıdır. Yalnız etibar etdikləri yuma məntəqəsinə açar etibar etmək olar”.
Qeyd edək ki, sürücü nəqiyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə avtomobili bilərəkdən verirsə, o halda 60 manat cərimə oluna bilər. Məlum məsələdir ki, avtoyuyucuların çoxunun sürücülük hüququ yoxdur. Belə çıxır ki, yol polisi istəsə avtoyuma məntəqəsinin yanında dayanıb hər gün onlarla sürücünü cərimə edə bilər. O üzdən də, maşının açarlarını hər adama etibar etmək olmaz…
Nurlan Sakitoğlu
Zağulba yolunda velosiped zolağını parkinqə çevirdilər – ETİRAZ - VİDEO
Bakıda sürücü təcili yardımın arxasına sığınıb qaydaları pozdu - VİDEO
Bakıda "qırmızı"da keçən avtomobil zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Əks yolda ötmə edən sürücü qarşıdan gələn maşını yoldan çıxartdı - VİDEO
Qəza zamanı avtomobili yerindən tərpətmək olar, yoxsa yox? – Ekspert AÇIQLADI - VİDEO
Bakı-Sumqayıt yolunda tıxac necə yaranır? - VİDEO
Piyada keçidində yol vermək üstündə mübahisə: “Sən niyə dayanmısan?” - VİDEO
Sədərək yolunda qayda pozan sürücü özündən çıxdı: Hələ qapını açıb… - VİDEO
Sürücü eyni anda 2 qayda pozdu: Sağdan gəlib qırmızıda keçdi - VİDEO
Sürücünün yola atdığı közərmiş siqaret kötüyü motosikletçinin üzərinə düşdü - VİDEO
Qırıq xətti qoyub bütöv xətdə 2 dəfə ötmə edərək təhlükə yaratdı - 90-NO-151 - VİDEO










