Azərbaycanda sürücü yol polisinin başına oyun açdı - VİDEO

Gəncədə sürücü yol polisinin əmrinə tabe olmayıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Yol Patrul Xidmətinin əməkdaşı tabe olmayan avtomobilin arxasınca qaçıb. Ancaq buna məhəl qoymayan sürücü qaçmağa çalışıb və yol polisi müvazinətini itirərək yıxılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən xəbərə görə, şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları inzibati ərazilərində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidmət aparan zaman VAZ markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb:
“Bu zaman sürücünün sərxoş olması barədə əsaslı şübhələr yarandığından ona müayinədən keçməli olduğu bildirilib. Lakin sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hadisə yerindən yayınmağa çalışıb. Polis əməkdaşlarının qətiyyətliliyi və çevikliyi nəticəsində sürücü saxlanılıb. Avtomobil mühafizə olunan duracağa yerləşdirilib. Sürücü tabe olmadığına və sərxoş halda avtomobil idarə etdiyinə görə barəsində protokol tərtib olunub”.
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO












