Badamdarda avtobus dayanacağı maşınların arasında itib-batdı - FOTO

Paytaxtın Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində dayanma-durma qaydalarını pozan sürücülər kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hal iyunun 4-də günorta saatlarında qeydə alınıb. Fotolardan görünür ki, 77-SQ-395 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacağının daxilində perpendikulyar formada park edib.
Bununla yanaşı, 90-OZ-699 dövlət nömrə nişanlı “Mazda” markalı, eləcə də “Mercedes” markalı və “Range Rover” markalı avtomobillər də dayanacağın yaxınlığında saxlanılıb. Nəticədə ictimai nəqliyyat vasitələrinin dayanacağa rahat daxil olması və sərnişinlərin minib-düşməsi çətinləşib.
Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə əsasən, nəqliyyat vasitələrinin avtobus dayanacağından ən azı 15 metr məsafədə saxlanılması tələb olunur.
Nərmin
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO














