Bakıda içi pulla dolu olan maşının sürücüsü qoçuluq etdi: "Uşaqlar avtomatı görüb qorxdu" - VİDEO

Bakıda inkassator avtomobilinin sürücüsünün etdiyi təhlükəli hərəkətlər kameraya düşüb. Görüntünü qeydə alan sürücü bu barədə Avtosfer.az-ın qaynar xəttinə şikayət ünvanlayıb. Onun sözlərinə görə, aprelin 7-də idarə etdiyi avtomobillə paytaxtın İnşaatçılar prospektində hərəkət edərkən, sol zolaqda olan 99-JZ-191 qeydiyyat nişanlı pul mədaxilinin inkassasiyası avtomobili manevr qaydasını pozaraq ona təhlükə yaradıb. Şərait yaradılmadığını görən inkassator avtomobilinin sürücüsü Abbasqulu ağa Bakıxanov prospektində görüntünü qeydə alan sürücünün qarşısını kəsərək avtomobili dayandırıb. Sürücü bildirir ki, avtomobilində olan körpə uşaqlar inkassator maşınındakı silahlı şəxsin ona irad bildirməsinə görə qorxu keçirib. Eyni zamanda sürücü qeyd edir ki, inkassator avtomobilinin sayrışan işıqlarının yanmasına baxmayaraq, xüsusi səs siqnalı sönülü vəziyyətdə olub.
“Yol hərəkəti haqqında” qanunun 74-cü maddəsinin II hissəsində qeyd olunub ki, operativ nəqliyat vasitələrinin sürücüləri, hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər.
Qanunun bu müddəasında aydın şəkildə yazılıb ki, operativ nəqliyyat vasitələrinin sürücüləri üstünlük əldə etmək üçün sayrışan işıqlarla bərabər, xüsusi səs səs siqnalını da qoşmalıdırlar. Videogörüntüdəki sürücü səs siqnalını qoşmadığı üçün pozduğu qaydaya görə məsuliyyətə cəlb edilə bilər.
Şəfa
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












