Bakıda moped və motosiklet sürücülərindən daha bir özbaşınalıq - VİDEO

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan moped sürücüləri günü-gündən artmaqda davam edir. Paytaxtın Abbasqulu ağa Bakıxanov prospektində moped və motosiklet sürücülərinin qayda pozuntularını videoya çəkən oxucu, həmin görüntüləri redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, sözügedən prospektdə hərəkət edən moped sürücüsü yol polislərinin gözü qarşısında əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib.
Prospektin digər hissəsində isə iki motosiklet sürücüsü səkiyə çıxaraq yüksək sürətlə hərəkət etməyə başlayıb.
Velosiped, moped və motosiklet sürücülərinin saymazyana hərəkət edərək qaydaları pozması və məsuliyyətdən kənarda qalması, digər sürücülərdə qıcıq yaradır. Qanunvericilikdə bütün hərəkət iştirakçıları üçün məsuliyyət tədbirləri nəzərdə tutulsa da, təəssüf ki, mexaniki nəqliyyat vasitələrinin sürücülərindən başqa digər sürücülər məsuliyyətə cəlb edilmir. Buna görə də həmin sürücülərdə arxayınlıq yaranaraq özbaşınalıq etməkdə davam edirlər.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












