Bakıda piyada faciəvi ölümdən son anda qurtuldu - ŞOK VİDEO

Bakıda sürücünün kobud və təhlükəli qayda pozuntusu faciə ilə bitəcəkdi. Sürücülərdən biri hadisə anını qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, qeydiyyat nişanı məlum olmayan “Nissan Tiida” markalı avtomobilin sürücüsü aprelin 26-ı paytaxtın Dilarə Əliyeva küçəsində əks istiqamətə çıxaraq ötmə əməliyyatı edib. Yolayrıcına qırmızı işıqda daxil olan sürücü yaşıl işıqda hərəkət edən sürücü və piyadaların həyatını təhlükəyə məruz qoyub. Belə ki, Rəşid Behbudov küçəsi ilə hərəkət edən sürücülər təhlükəni görən anda dayanaraq qəzadan yayına biliblər. Həmçinin piyada keçidini yaşıl işıqda keçən piyada avtomobilin onu vuracağını görərək qaçıb. Videogörüntüdən aydın şəkildə görünür ki, piyada faciəvi ölümdən son anda qurtuldu.
Ümid edirik Dövlət Yol Polisi İdarəsinin əməkdaşları nəzarət kameraları vasitəsilə sürücünü müəyyən edib barəsində ciddi tədbir görəcək.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












