Bakıda qayda pozan “AA” seriyalı avtomobil hansı məmurun xidməti maşınıdı? - VİDEO

Bakıda qayda pozan məmurların və onların övladlarının əməlləri ilə tez-tez rastlaşırıq.
Dünən belə hallardan biri də metronun “Qara Qarayev” stansiyasına yaxın ərazidə baş verib.
Qayda pozan 90-AA-830 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil kameraya tuş gəlib. İşıqforun qırmızı işığında bütün avtomobillər dayandığı halda hansısa məmurun xidməti maşınını idarə edən sürücü özünü ağıllı hesab edib. Belə ki, o, işıqforun yaşıl işığının yanmasına 36 saniyə qalmış çağırışa gedən təcili tibbi yardım maşınının hərəkət etməsindən istifadə edərək hərəkətinə davam edib və kobud şəkildə qayda pozub.
Hüquqşunas Ərşad Hüseynov Moderator.az-a bildirib ki, işıqforun qırmızı işığında yalnız operativ nəqliyyat vasitələri hərəkətini davam etdirə bilər:
“Yol hərəkəti haqqında qanunda işıqforun qırmızı işığında sürücü keçdiyinə görə 60 manat-3 bal cərimə nəzərdə tutulur. Dövlət qurumlarının xidməti maşınları da eyni məsuliyyəti daşıyır. Yalnız operativ nəqliyyat vasitələri işıqforun qırmızı işığında hərəkətini davam etdirə bilər. Onlar da mütləq sayrışan işıqlarını yandırmalıdır”.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












