Bakıda qoçu sürücüdən şok hərəkət: Maşını vurub sürücünü söydü, sonra boğazından... - VİDEO

Bakıda qayda pozub qəza törədən sürücünün hərəkətləri avtomobildəki kameraya qeyd olunub. Bu barədə zərərçəkmiş şəxs Avtosfer.az">Avtosfer.az-a müraciət ünvanlayıb.
Sürücü bildirir ki, idarə etdiyi avtomobillə aprelin 26-ı paytaxtın Xaqani küçəsində svetoforun qırmızı işığında dayanan zaman 90-XV-808 qeydiyyat nişanlı "Lexus" markalı avtomobilin sürücüsü səs siqnalı verərək onu qırmızı işıqda keçməyə tələsdirib.
Sürücünün müraciətini olduğu kimi təqdim edirik:
"Mən yaşıl işıqda hərəkətə başlayandan sonra həmin sürücü avtomobilimin ön buferini sürtərək qaçdı. Səs siqanlı verib onu dayandırmaq istəsəm də, o buna məhəl qoymayıb hərəkətinə davam etdi. Arxasınca sürüb Kövkəb Səfərəliyeva küçəsində yanına çatıb iradımı bildirdikdə, o, "görmürsən tələsirəm" deyib ailəmin yanında şərəf və ləyaqətimi alçaldacaq ifadələr işlətdi. Məni söyməyi azmış kimi avtomobildən düşərək üstümə gəldi və boğazımdan tutub sıxdı. Yaxınlıqda olan polis əməkdaşları hadisəni görən kimi gəlib onu aralaşdırdı. Lakin heç bir tədbir görmədi. Bundan sonra həmin sürücü avtomobilə minərək oradan uzaqlaşdı".
Zərərçəkmiş sürücü boğazında qızartı izlərinin olduğunu bildirir. O, hadisə barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edib.
Ümid edirik hüquq-mühafizə orqanları sürücünün hərəkətlərinə hüquqi qiymət verəcək.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO















