Bakıda sürücü siqaret qutusunu yerə atdı, cəzalandırıldı - VİDEO

Bakıda yük avtomobilinin sürücüsü siqaret qutusunu yerə atdığına görə ona irad bildirən vətəndaşlar mübahisə edib.
Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, sosial şəbəkələrdə 90-FL-704 dövlət qeydiyyat nömrə nişanlı “Mitsubishi Canter” markalı yük avtomobilin sürücüsünün yerə zibil atdığı, ətrafdakı vətəndaşların xəbərdarlığına baxmayaraq, əməlinə haqq qazandırmağa çalışdığı haqqında görüntülər paylaşılıb:
“Kadrlarla bağlı araşdırma aparılıb, əməli törədən şəxs - Tovuz rayon sakini İslam Ramiz oğlu Ələkbərov barəsində qanuna müvafiq şəkildə tədbir görülüb.
Vətəndaşlardan xahiş edirik ki, bu cür qayda pozuntularını gördükləri halda ictimai qınaq məqsədilə və məsuliyyətsizlik hallarına hüquqi qiymətin verilməsi üçün polisə müraciətdən çəkinməsinlər”.
Sürücünün qanun pozuntusunu əks etdirən görüntüləri təqdim edirik:
(oxu.az)
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO












