Bakıda "Uber" taksi sürücüləri "avtoş"luq edib qəza şəraiti yaratdılar - VİDEO

Bakıda qayda pozan iki taksi sürücüsü digər avtomobillərə qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 17-də, paytaxtın Tbilisi prospektində baş verib. Belə ki, “Uber” taksi şirkətinə məxsus 99-KE-508 qeydiyyat nişanlı və 77-BK-945 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillərin sürücüləri manevr qaydasını kobud şəkildə pozaraq sağ zolaqla hərəkət edən “Azsamand” markalı avtomobilə qəza şəraiti yaradıblar. Təhlükə ilə üzləşən sürücü qəzaya düşməmək üçün sağa manevr edərək hadisədən son anda yayına bilib. Lakin 77-BK-945 qeydiyyat nişanlı “Prius”un sürücüsü buna əhəmiyyət verməyərək yüksək sürətlə hərəkətinə davam edib və bir az qarşıda növbəti avtomobilə qəza şəraiti yaradıb. O, Cəfər Cabbarlı küçəsi ilə kəsişmədə sağ zolaqdan sola manevr edərək “Mercedes” markalı avtomobilə qəza şəraiti yaradıb.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












