Bakıda yolu kəsən "avtoş" taksi sürücüsü görün nə oyun çıxardı - VİDEO

Bakıda taksi sürücüsünün avtoxuliqanlıq hərəkətləri avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 99-RU-832 qeydiyyat nişanlı "Renault" markalı taksi avtomobilinin sürücüsü iyulun 24-də paytaxtın Müzəffər Həsənov küçəsində ikinci cərgədə dayanaraq arxadan gələn maşınların yolunu kəsib. Sürücülər məcburi şəkildə qoşa xəttin tələbini pozaraq əks istiqamətli zolağa keçməli olublar.
Qeyd etdiyimiz taksi sürücüsü nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarıb və yük yeri açıq vəziyyətdə hərəkət edərək sərt manevrlərlə ötmə qaydasını kobud şəkildə pozub.
Yolayrıcından sola- A.M.Şərifzadə küçəsinə dönərkən qarşıdan gələn nəqliyyat vasitələrinə yol vermədən hərəkətinə davam edən taksi sürücüsü yenidən ikinci cərgədə dayanaraq qaydaları pozub. Görüntünü qeydə alan avtomobil onun yanına çatan zaman qəfil hərəkətə başlayaraq qəza şəraiti yaradıb.
Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi sərnişindaşıma ilə məşğul olan həmin sürücü barəsində ciddi tədbir görəcək.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












