"BakuBus"ın qoçu sürücüsü yolu kəsib davaya başladı - VİDEO

"Bakubus"a məxsus avtobusun qayda pozuntularını oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 17-də, paytaxtın Qara Qarayev prospektində baş verib. Belə ki, 77-JB-253 qeydiyyat nişanlı avtobusun sürücüsü hərəkət zamanı avtobus zolağından kənara çıxaraq istədiyi formada hərəkət edib. Daha sonra həmin zolaqda hərəkət edən digər marşrut avtobusunu keçmək üçün sol zolaqlara yerdəyişmə edərək ötmə əməliyyatı həyata keçirib. Görüntünü qeydə alan sürücü yolayrıcından sağa dönmək üçün qırıq xətdə avtobus zolağına daxil olan zaman avtobus sürücüsü yenidən şou göstərməyə başlayıb. O, bundan qəzəblənib yenidən nişanlanma xəttinin tələbini pozaraq digər zolağa keçib və sonra qırımızı işıqda yolayrıcına daxil olaraq yolu kəsib. Bu azmış kimi avtobusdan düşərək görüntünü qeydə alan sürücü ilə dava etməyə başlayıb.
Sözügedən videonu təqdim edirik:
Fərid
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO












