Binanın girişini zəbt edən sürücü sakinləri çətin vəziyyətə saldı - FOTO

Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30 ünvanında qayda pozan sürücü qeydə alınıb.
Bu barədə Avtosfer.az-a izləyicilərdən biri “WhatsApp” vasitəsilə fotoşəkillər təqdim edib. Məlumata görə, hadisə mayın 4-də axşam saatlarında “Kristal Abşeron” yaşayış kompleksinin ərazisində baş verib.
Belə ki, 59-BX-520 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini bina 41-in giriş hissəsində, piyadaların, o cümlədən fiziki məhdudiyyətli şəxslərin hərəkəti üçün nəzərdə tutulmuş sahədə park edərək ərazidən uzaqlaşıb. Nəticədə əlilliyi olan sakinlər üçün ayrılmış keçiddən istifadə mümkünsüzləşib, eyni zamanda digər sakinlərin həyətə daxil olub-çıxması çətinləşib.
Şikayətçinin sözlərinə görə, həmin sürücü avtomobili artıq bir neçə dəfədir eyni qaydada saxlayaraq səhər saatlarınadək giriş hissəsini bloklayır.
Məsələ ilə bağlı qeyd edək ki, yaşayış binalarının girişlərinin, eləcə də əlillər üçün nəzərdə tutulmuş keçidlərin bağlanması inzibati məsuliyyət yaradır və belə hallarda nəqliyyat vasitəsinin məcburi qaydada ərazidən uzaqlaşdırılması da tətbiq oluna bilər.
Nərmin
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO


















