Bu ərazidə həmişə eyni qayda pozuntusu baş verir - VİDEO

Qaydanı pozaraq sağ istiqamətdən gələn nəqliyyat vasitələrinin yolunu bağladılar, mövcud tıxacın müddətini daha da artırdılar.
Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın mərkəzi küçələrindən birində - Azadlıq prospektində qeydə alınıb. İnsanları qayda pozuntusuna yol verməməyə səsləyən şəxs tərəfindən çəkilən videogörüntüdən aydın olduğu kimi piyada keçidindən önə keçən avtomobillər yolun digər istiqamətində dayanaraq sağdakı maşınların hərəkətini iflic vəziyyətinə salıb. Nəticədə hər iki tərəf dayanaraq uzunmüddətli tıxac yaranmasına səbəb olub. İşin ən acınacaqlı tərəfi isə bu halın hər gün davamlı olaraq bu ərazidə baş verməsidir. Bir sözlə, avtomobillər dəyişsə də, qayda pozuntusu eyni qalır. Qabağa düşmək istəyərkən heç bir nəticə əldə edə bilməyən sürücülərin nəzərinə çatdıraq ki, yolayrıcından sonra bu cür tıxac yarandıqda həmin istiqamətdə işıqforun yaşıl işarəsi yansa belə qarşı tərəfə keçib videoda göründüyü kimi ortada saxlamaları qanuna ziddir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 75.2 maddəsinə əsasən, mövcud qayda pozuntusu 3 bal, 60 manat cərimə tətbiq edilməklə nəticələnir.
Nərmin Əkbər
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












