Bu ərazidə yerləşən piyada səkisi avtomobillərə “xidmət göstərir” - VİDEO

Avtomobillərini piyada səkisinə tam şəkildə park edən sürücülər insanların hərəkətini məhdulaşdırdı.
Avtosfer.az xəbər verir ki, saytımızın əməkdaşı tərəfindən çəkilən fotoşəkil Biləcəri qəsəbəsinin Əhməd Qasımov küçəsində qeydə alınıb. Fotoşəkillərdən məlum olduğu kimi geyim mağazasının, marketin, restoranın qarşısındakı enli səkidə park edən “Hyundai” markalı, 99-LU-803 və 90-ZX-384 dövlət nömrə nişanlı, “Mercedes” markalı, 77-EE-320 dövlət nömrə nişanlı, “Toyota” markalı, 90-KL-649 dövlət nömrə nişanlı, 77-EY-807 dövlət nömrə nişanlı, 77-BK-116 dövlət nömrə nişanlı və “Saipo” markalı, 99-PV-268 dövlət nömrə nişanlı avtomobillər kütləvi halda dayanma-durma qaydalarını pozublar. Və təbii ki, park edilən avtomobillərin əksəriyyətində sahibləri sükan arxasında olmasalar da, “Saipo” markalı sürücü ətrafına bir qrup yığaraq “iş görür”. Qayda pozduqlarını bildikləri halda olduqca rahat davranan sürücülərə xatırlatma edək ki, kütləvi şəkildə baş vurduqları əməl İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə ziddir və 20 manat cərimə ilə nəticələnir.
Nərmin Əkbər
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
















