Burada polisi gördükdən sonra özünüzü itirib dayanmayın - CƏRİMƏSİ YOXDUR - VİDEO

Yol polisləri xidmət apardıqları bir çox yerlərdə sürücülər qaydalara əməl etmək əvəzinə, əksinə qorxaraq özlərini itirir və necə hərəkət etməli olduqlarını bilmir. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, bu cür hallardan biri də Bakı dairəvi yolunda yaşanır. "Avtomobil Bazarı"ndan dairəvi yola daxil olmaq üçün körpünün üzərindən geriyə dönən sürücülər həm Badamdar qəsəbəsi istiqamətinə, həm də "Sədərək" ticarət mərkəzi istiqamətinə hərəkət edə bilirlər. Lakin qeyd olunan yerdə yol polisi əməkdaşları xidmət apardıqları üçün sürücülər kəsişmə yerində lüzumsuz olaraq dayanıb avtovağzal istiqamətindən gələn avtomobillərə "yol verirlər". Bu kəsişmədə trayektoriyalar (zolaqlar) kəsişmədiyi üçün sürücülər dayanmadan hərəkət edə bilərlər. Sağdan yaxınlaşan avtomobillərə o zaman yol vermək lazımdır ki, zolaqlar kəsişsin və yol vermə şəraiti yaransın.
Bu kəsişmədə hər iki istiqamətdən gələn nəqliyyat vasitələri üçün ayrıca zolaq olduğu üçün, həmin yerdə dayanmadan hərəkət etmək olar.
Sözügedən kəsişmədə şəhər istiqamətindən gəlib "Sədərək" ticarət mərkəzi istiqamətinə gedən sürücü sağ zolağa yerdəyişmə edən zaman həmin zolaqda paralel hərəkət edən nəqliyyat vasitəsinə mane olacaqsa, o zaman ona yol verdikdən sonra zolağını dəyişməlidir. O cümlədən, avtovağzal istiqamətindən gələn sürücü şəhər istiqamətinə getmək üçün sol zolağa yerdəyişən zaman həmin zolaqda paralel gedən nəqliyyat vasitələrinə yol verdikdən sonra zolağını dəyişməlidir. Yəni, burada sürücülər zolaqlarını dəyişməyəcəklərsə dayanmadan hərəkət edə bilərlər. Hansı sürücü zolağını dəyişirsə, klassik qayda olaraq dəyişdiyi zolaqdakı paralel gedən avtomobilə yol verməlidir.
Yalnız qeyd etdiyimiz halda yol verməyən sürücülər məsuliyyətə cəlb oluna bilərlər.
Həmin ərazidə xidmət aparan polis əməkdaşları da məhz bu qaydanı pozan sürücüləri məsuliyyətə cəlb edir.
Təbriz Yusubov
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












