Cəriməni 3 aydan sora ödəyən sürücünün vəsiqəsi alına bilərmi? - VİDEO

Yol polisi tərəfindən barələrində inzibati protokol tərtib edildikdən sonra təyin olunmuş cərimələri vaxtında ödəməyən şəxslər məhkəməyə verilir. Məhkəmə isə qərarında cəriməni ödəməyən şəxsin sürücülük hüququnu məhdudlaşdırır. Lakin bəzi hallarda məhkəməyə verilməmiş sürücülər dörd və ya beşinci aylarda cərimələrini ödədikdən bir müddət sonra polis əməkdaşları həmin şəxsə zəng edərək “Məhkəməyə müraciət edərək sizin sürücülüyünüzü məhdudlaşdıracağıq” kimi ifadələrdən istifadə edirlər.
Avtosfer.az-ın qaynar xəttinə daxil olan bir neçə şikayətdən sonra, bu məsələ ilə bağlı araşdırma apardıq. Hüquqşünas Ərşad Hüseynova sualımızı ünvanladıq. Hüquqşünas, belə halların yaşanmasının qanunauyğun olmadığını vurğuladı: “İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə məsuliyyət tətbiqində əsas məqsəd, gecikdirilmiş cərimənin ödənilməsini təmin etməkdir. Ona görə də cərimə ödənildikdən sonra heç bir şəxs sürücünü narahat edə bilməz.”
Onun sözlərini əsas götürüb qanuna nəzər salsaq, tam əminliklə deyə bilərik ki, belə halın yaşanması qanunlara ziddir.
Nurlan Sakitoğlu
Nərmin Əkbər
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












