Dövlətin parklanma yerini zəncirləyib özəlləşdirən kimdir? - ŞİKAYƏT - VİDEO

Bakıda parklanma yerinin zəbt edilməsi sürücülərdə narazılıq yaradıb. Bu barədə bir neçə oxucu redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Onlar bildirir ki, parklanma yeri xüsusi dəmir konstruksiya və zəncirlərlə əhatəyə alındığı üçün sürücülər avtomobillərini orada park edə bilmirlər. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Xaqani küçəsi ilə Azadlıq prospektinin kəsişdiyi hissədən gedir. Təxminən 6 avtomobillik yer zəbt olunaraq özəlləşdirilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə görə, yola bu cür süni maneələr quraşdıran şəxləri məsuliyyət gözləyir. Belə ki, fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilə bilər.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Könül
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO











