Əks yola çıxıb qabağa düşmək istəyən sürücü aləmi bir-birinə qatdı - VİDEO

Bu dəfə də dırnaqarası tələsən sürücülərdən biri yolda hərəkəti çətinləşdirib. Avtosfer.az xəbər verir ki, 10-SM-854 qeydiyyat nişanlı “Vaz 2106” markalı avtomobilin sürücüsü aprelin 18-i paytaxt küçələrinin birində əks istiqamətə çıxaraq qarşıdan gələn avtomobillərin yolunu kəsib. O, yolda hərəkətin dayandığını gördükdən sonra geriyə hərəkət etməli olub.
Yolda yaranan tıxac və sıxlıqlar əksər hallarda sürücülərin intizamsızlığı nəticəsində baş verir. Öz işini hər şeydən vacib hesab edən bu tip sürücülər qayda pozaraq həm sıxlıq yaradır, həm də bütün hərəkət iştirakçılarının həyatını təhlükə altında qoyur. İrad bildirdikdə isə nəzakətsiz şəkildə və hətta təhqir formasında cavab verərək özlərini haqlı çıxarmağa çalışırlar. Nəticədə isə gedəcəkləri ünvana tez çatmırlar.
Fərid
Masazır dairəsində "ağıllı" sürücülərə görə hərəkətin təşkili dəyişdirilməlidir - VİDEO
Balaxanı-Mehdiabad yolunda təhlükəli ötmə sürücünü çıxılmaz vəziyyətə saldı - VİDEO
Bir maşın qabağa keçmək üçün kobud qayda pozdu - 77-PB-096 - VİDEO
Yolu kəsən sürücü sonra da özünü haqlı çıxarmağa çalışdı - VİDEO
Qəza şəraiti yaradan sürücü hərəkət zamanı qapını açıb qışqırdı - VİDEO
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO











