Geriyə dönən sürücü dəhşətli qəzaya səbəb olacaqdı - VİDEO

Bakıda manevr qaydasını pozan sürücü həm özünə həm də digər sürücüyə təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, “Toyota” markalı avtomobilin sürücüsü Heydər Əliyev prospektində geriyə dönmək istəyən zaman sol zolaqdakı avtomobillərə yol vermək üçün sürətli zolaqda dayanmalı olub. Arxadan gələn “Vaz 2107” markalı avtomobilin sürücüsü isə toqquşacağını görən anda sərt tormoz verib. Bu zaman avtomobil idarəetmədən çıxaraq qəza riski ilə üzləşib.
Yolda tormozlama zolağı olduğu üçün “Toyota” markalı avtomobilin sürücüsü geriyə dönməzdən əvvəl sol zolağı tutmalı və tormozlama zolağından istifadə edərək təhlükəsiz şəkildə manevri həyata keçirtməli idi. Çox təəssüf ki, bir çox sürücü hələ də tormozlama zolağının mahiyyətini anlamırlar. Buna görə də qəzalar qaçılmaz olur.
Sürücülərə tövsiyə edirik ki, hərəkət zamanı manver qaydalarına ciddi şəkildə riayət etsinlər.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












