Gözləmədən magistral yola çıxan sürücü təhlükə törətdi - VİDEO

Magistral yolda qaydaları pozan yük avtomobilinin sürücüsü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, 99-FS-732 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü Bakı-Ələt yolunda yerləşən yanacaqdoldurma məntəqəsindən çıxarkən gözləmədən baş yola daxil olub. Bu zaman əsas yolda hərəkət edən yük avtomobilinin sürücüsü qəzadan yayınmaq üçün istiqamətini dəyişməyə məcbur olub.
Təəssüflə bildiririk ki, sürücülərin pis adət halını aldığı məsələlərdən biri də, bitişik ərazilərdən yola çıxarkən əsas yolda hərəkət edən nəqliyyat vasitələrinə yol verməmələridir. Onlar həmin vaxt güzgüdən də istifadə etmirlər. Sanki arxadan gələn sürücülər onları görərək qəzadan yayınacaqları üçün arxayınlıq yaranır. Videodan da göründüyü kimi üstünlüyə malik olan nəqliyyat vasitəsinin sürücüsü heç bir səs siqnalı vermədən zolağını dəyişib yoluna davam edir. Belə hallarda tələbkar sürücülər qayda pozan sürücülərdən qanuna riayət etmələrini tələb etdikdə, qarşı tərəf bir çox hallarda "sürücülər bir-birini başa düşməlidir" kimi ifadələr işlədirlər. Bu cür düşüncənin sonu bir gün ağır qəza ilə nəticələnir. Sürücülərin bir-birini başa düşməsi üçün hər kəs qanunun tələblərinə riayət etməli və əsas yolda hərəkət edən sürücünü başa düşərək dayanıb ona yol verməlidir.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












